23 noyabr 2024

Bütün xəbərlər
test
23 noyabr, 14:45
12

Pakistan İslam Respublikasının Baş nazirinin gənclər proqramı üzrə nümayəndəsi Fahad Şahbaz və Lahor Universitetinin xüsusi layihələr və əməliyyatlar direktoru Abuzər Qaffari Bakı Dövlət Universitetində (BDU) olub.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, BDU rektoru Elçin Babayev qonaqlara Universitetin tarixi və fəaliyyəti barədə məlumat verib. O bildirib ki, 105 illik tarixə malik BDU Azərbaycanın ən böyük və qədim universitetidir. BDU-nun 16 fakültəsi, bir kolleci, bir liseyi, Qazax filialı fəaliyyət göstərir. Təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir.

Lahor Universitetinin xüsusi layihələr və əməliyyatlar direktoru Abuzər Qaffari müəllim-tələbə mübadiləsi üzrə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Qeyd edib ki, əsası 1999-cü ildə qoyulan Lahor Universiteti QS dünya universitetlərinin reytinqində 951-1000, “Times Higher Education”  reytinqində isə 801-1000-ci pillədə qərarlaşıb. Universitetin 11 fakültəsində 35 mindən artıq tələbə təhsil alır. Universitetdə 5 elmi-tədqiqat mərkəzi və 3 texnopark fəaliyyət göstərir.

Görüşdə tərəflər arasında mümkün əməkdaşlığın detalları müzakirə edilib.

Xəbər lenti

23 noyabr, 17:22
17

Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir

23 noyabr, 14:48
17

ADPU-da narkomaniya ilə mübarizəyə aid görüş  keçirilib

23 noyabr, 14:42
17

"Ekranı bağla, həyatı aç" layihəsinə start verilib

23 noyabr, 14:06
13

UNEC ilə Çinin Sichuan Universiteti əməkdaşlıq edəcək

23 noyabr, 12:44
137

Nazirlik vətəndaşları anket sorğusunda iştirak etməyə dəvət edir

23 noyabr, 11:55
20

Naxçıvan Dövlət Universitetinə xaricdən 16 nəfər professor-müəllim dəvət edilib

23 noyabr, 11:11
13

Nadir torpaq metallarının kosmosda  istehsalı real ola bilər

23 noyabr, 09:18
143

“Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinə qeydiyyat davam edir

22 noyabr, 17:33
26

ADNSU-nun startapları COP29-da təqdim edilib

22 noyabr, 15:20
23

Səfir: Azərbaycan Gürcüstandakı soydaşlarımızın təhsili ilə bağlı təşəbbüslərə dəstək verməyə hazırdır

22 noyabr, 15:17
27

Azərbaycan Universitetinin nümayəndə heyəti Polşanın Krakov İqtisadiyyat Universitetində görüşlər keçirib

22 noyabr, 15:11
14

PhET interaktiv simulyasiya platforması Azərbaycan dilinə tərcümə ediləcək

22 noyabr, 14:57
19

“Memarlıq və inşaatda enerji və ətraf mühit texnologiyaları” mövzusunda beynəlxalq konfrans keçiriləcək

22 noyabr, 13:35
98

Velosipedin pedallarından enerji istehsal edilir - Gəncə müəllimləri və tələbələrinin birgə layihəsi

22 noyabr, 13:13
49

Dərnəklərin istedadlı məktəbliləri

22 noyabr, 12:09
65

Şagirdlərimi real dünya problemləri ilə üzləşdirirəm -  Abşeronun gənc informatika müəlllimi

22 noyabr, 11:32
26

Pedaqoji Kollecin inklüziv təhsillə bağlı layihəsi 50,000 manat qrant qazanıb

22 noyabr, 10:32
89

Lənkəran Peşə Təhsil Mərkəzi və Malayziya Beynəlxalq Mədəni Ünsiyyət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

22 noyabr, 10:26
300

Əminağa Sadıqov: Özəl sektor əqli mülkiyyətə investisiya qoysa, daha çox gəlir əldə edər

Şərhlər (0)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.