Bütün xəbərlər
26 fevral, 19:38

Fevralın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin, o cümlədən Xocalı soyqırımı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

ADNSU-nun rektoru dosent Rüfət Əzizov Xocalı soyqırımının Azərbaycan xalqının qan yaddaşında silinməz iz buraxdığını qeyd edərək 33 il əvvəl baş vermiş insanlığa qarşı bu cinayətin beynəlxalq ictimaiyyətə soyqırımı kimi tanıdılmasına və təbliğ edilməsinə gənclərin peşəkarlıqla yanaşmalı olduqlarını bildirib. Bu mənada ali təhsil müəssisələrinin üzərinə mühüm vəzifə düşdüyünü söyləyən rektor R.Əzizov Xocalı soyqırımı tədbirlərinin mahiyyətinin gənclər arasında düzgün təbliğ edilməsinin, professor-müəllim heyəti ilə tarixi mövzularda təhlillərin aparılmasının önəmini qeyd edib. 33 ildir ki, ölkəmizdə Xocalı soyqırımı ilə bağlı ideoloji iş aparıldığını vurğulayan rektor R.Əzizov 44 günlük Vətən müharibəsində qələbəmizi şərtləndirən başlıca amillərdən birinin məhz bu faktor olduğunu bildirib.

ADNSU-nun Humanitar fənlər kafedrasının professoru İradə Nuriyeva Xocalıda baş verən cinayətləri sadalamaqla ermənilərin hər bir fürsətdə azərbaycanlılara qarşı cinayət törətməyə, Azərbaycan torpaqlarını mənimsəməyə çalışdıqlarını tarixi faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb. 2020-ci ildə Azərbaycan torpaqlarının azad olunnması ilə tarixi ədalətin bərpa oldunduğunu deyən professor İ.Nuriyeva bu gün Xocalıda Azərbaycan bayrağının qürurla dalğalandığını vurğulayıb.  

1 /6

Şərhlər

Xəbər lenti

27 fevral, 17:35

Azərbaycan və Qvineya-Bisau prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

27 fevral, 17:29

“Biz qayıdacağıq!” adlı elmi-praktiki konfrans keçirilib

27 fevral, 17:12

“Mədən topoqrafiyası” dərs kitabı hazırlanıb

27 fevral, 16:36

AzMİU və Ege Universiteti birgə mütəxəssis hazırlığına başlayır

27 fevral, 16:25

İstehsalat təcrübəsi keçən 32 tələbə “AzərGold”a işə qəbul edilib

27 fevral, 16:17

Peşə məktəblərində rəhbər vəzifələrdə işləmək istəyənlərin NƏZƏRİNƏ!

27 fevral, 15:50

Sədr: “AzerGold” indiyədək 75 tələbəyə təqaüd verib

27 fevral, 15:42

Məktəb direktoru hansı biliklərə sahib olmalıdır? 

27 fevral, 15:25

Leyla Əliyeva və Arzu Əliyeva Bəhreynin RAK İncəsənət Fondunda olublar

27 fevral, 14:53

AzMİU tələbələrin fərdi inkişafını dəstəkləyən yeni layihəyə imza atıb

27 fevral, 14:30

Əməkhaqqından tutulmalar hansı hallarda və necə tətbiq olunur?

27 fevral, 13:50

Təhsil araşdırmalarının istifadəsi: bilik təşkilatları və vasitəçilərinin baxışı

27 fevral, 13:40

Bəhreyn Krallığının Vəliəhdi və Baş naziri Leyla Əliyevanı qəbul edib

27 fevral, 13:35

Azərbaycanın sədrliyi ilə İƏT-in Turizm Komitəsinin toplantısı keçirilib

27 fevral, 12:56

Ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

27 fevral, 12:49

“Müasir metodist” layihəsi çərçivəsində müsahibə mərhələsinə start verilir

27 fevral, 12:20

Biologiya müəllimləri üçün sertifikatlaşdırma mövzuları

27 fevral, 12:19

Tələbələrin IT və proqramlaşdırma üzrə yaz düşərgəsinə qeydiyyat başlayıb

27 fevral, 11:47

Olimpiada üzrə rayon birincisi: Sürü otararkən də dərslərimlə məşğul oluram

27 fevral, 11:42

57 mindən çox şagird buraxılış imtahanı verəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.