
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tələbələrin fərdi inkişafını dəstəkləmək istiqamətində yeni layihəyə imza atıb.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, bu məqsədlə THİK və “Edumeta Academy” arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, AzMİU-nun “Memarlıq”, “İnşaat mühəndisliyi” və “Geodeziya” ixtisasları üzrə təhsil alan tələbələri ödənişsiz təcrübə proqramlarında iştirak edəcək, işlə təmin olunacaq və akademiyanın kurslarında xüsusi endirimlər qazanacaqlar. Tələbələr həmçinin “Edumeta Academy” tərəfindən tədris olunan bütün proqramlara 50% endirimlə qoşula biləcəklər.
AzMİU tələbələrin akademik biliklərlə yanaşı, şəxsi inkişafını və karyera perspektivlərini artıran layihələrə xüsusi önəm verir. THİK və “Edumeta Academy” arasında imzalanan müqavilə də məhz buna xidmət edir.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər