Bütün xəbərlər
27 fevral, 16:36

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə Türkiyənin Ege Universiteti arasında “Nüvə elmlərində radiasiya və təhlükəsizlik” ixtisasında magistratura səviyyəsi üzrə beynəlxalq birgə magistratura təhsili və tədrisi proqramının əhatə dairəsi, icrası və diplomların verilməsi prosedurlarını və prinsiplərini müəyyən edən protokol imzalanıb. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, Türkiyənin Yüksəköyrətim Kurulu ilə  Azərbaycanın Elm və Təhsil Nazirliyi tərəfindən müsbət rəy verilən protokolu AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və Ege Universitetinin rektoru professor Necdet Budak imzalayıblar.  

Sənəddə Ege Universiteti ilə AzMİU arasında "Nüvə elmlərində radiasiya və təhlükəsizlik" beynəlxalq birgə magistratura proqramına tələbə qəbulu, tədris planı, imtahan, davamiyyət, icazə, akademik məzuniyyət müddəti, məzuniyyət şərtləri, akademik müvəffəqiyyətsizlik, veriləcək diplomlar, təhsil haqları və proqrama dair digər məsələlərlə əlaqədar müddəalar qeyd olunub.

Protokolun imzalanması ilə bağlı AzMİU və Ege Universitetinin rektorları arasında onlayn görüş keçirilib. Görüşdə hər iki universitetin nümayəndə heyəti də iştirak edib. 

Görüş zamanı tərəflər arasında bir sıra strateji məsələlər də müzakirə olunub. Bu müzakirələr çərçivəsində hər iki universitetin təhsil və elmi-tədqiqat sahələrində inkişaf perspektivləri, təhsil proqramlarının təkmilləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsi yolları nəzərdən keçirilib. Müştərək elmi-tədqiqat layihələrinin təşkili və innovativ yanaşmaların paylaşılması məsələləri də xüsusi diqqət mərkəzində olub.

Rektor professor Gülçöhrə Məmmədova qeyd edib ki, AzMİU-nun həm Qərb təhsil sisteminə inteqrasiyası, həm də iki qardaş ölkə arasındakı təhsil əlaqələri çərçivəsində Türkiyə universitetləri ilə yüksək əməkdaşlıq əlaqələri mövcuddur. Ege Universiteti ilə imzalanan ikili diplom müqaviləsinin Türkiyə universitetləri ilə AzMİU arasında sayca 3-cü ikili diplom müqaviləsi olduğunu vurğulayan rektor AzMİU-da təhsilin beynəlmiləlləşdirilməsinin əsas prioritetlərdən olduğunu bildirib.  

Rektor professor Necdet Budak bu müqavilənin Ege Universiteti üçün böyük əhəmiyyətə malik olduğunu söyləyib. Rektor bildirib ki, müqavilə Ege Universitetinə birgə kadr hazırlığı ilə yanaşı, nüvə elmlərində radiasiya və təhlükəsizlik üzrə AzMİU-nun qabaqcıl elmi təcrübəsini öyrənməyə imkan verəcək.

AzMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri akademik İslam Mustafayev bu proqramın iki ölkə ilə yanaşı, ümumilikdə region üçün əhəmiyyətinə toxunub. Akademik qeyd edib ki, Türkiyə və İranda nüvə elektrik stansiyalarının inşası, Ermənistanda riskli şəkildə fəaliyyət göstərən Metsamor Atom Elektrik Stansiyası region üçün radiasiya təhlükəsizliyini prioritet, həmçinin strateji istiqamətə çevirib. 
Türkiyənin Ege Universitetinin nəzdində Nüvə Elmləri İnstitutunun direktoru professor Sabriya Yushan da regionda son illər nüvə enerjisindən istifadə ilə bağlı canlanmaya diqqət çəkib və proqram çərçivəsində kadr hazırlığının xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.

Qeyd edək ki, bu proqram AzMİU-nun dünyanın aparıcı universitetləri ilə sayca 9-cu ikili diplom müqaviləsidir. 

1 /5

Şərhlər

Xəbər lenti

27 fevral, 19:29

Peşə təhsili ilə bağlı layihənin icrasına başlanılıb

27 fevral, 19:23

2280 təhsil işçisi psixoloji dəstək layihəsindən faydalanıb

27 fevral, 18:20

II Türk İnteqrasiya Olimpiadası keçiriləcək

27 fevral, 18:01

4-cü Təqaüd proqramı qaliblərinin mükafatlandırılması və “Mədən Topoqrafiyası” dərsliyinin təqdimatı keçirilib

27 fevral, 17:58

Nazir müavini: Sənaye və peşə təhsili müəssisələri arasında praktiki əlaqələrin inkişafını müşahidə edirik

27 fevral, 17:35

Azərbaycan və Qvineya-Bisau prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

27 fevral, 17:29

“Biz qayıdacağıq!” adlı elmi-praktik konfrans keçirilib

27 fevral, 17:12

“Mədən topoqrafiyası” dərs kitabı hazırlanıb

27 fevral, 16:25

İstehsalat təcrübəsi keçən 32 tələbə “AzərGold”a işə qəbul edilib

27 fevral, 16:17

Peşə məktəblərində rəhbər vəzifələrdə işləmək istəyənlərin NƏZƏRİNƏ!

27 fevral, 15:50

Sədr: “AzerGold” indiyədək 75 tələbəyə təqaüd verib

27 fevral, 15:42

Məktəb direktoru hansı biliklərə sahib olmalıdır? 

27 fevral, 15:25

Leyla Əliyeva və Arzu Əliyeva Bəhreynin RAK İncəsənət Fondunda olublar

27 fevral, 14:53

AzMİU tələbələrin fərdi inkişafını dəstəkləyən yeni layihəyə imza atıb

27 fevral, 14:30

Əməkhaqqından tutulmalar hansı hallarda və necə tətbiq olunur?

27 fevral, 13:50

Təhsil araşdırmalarının istifadəsi: bilik təşkilatları və vasitəçilərinin baxışı

27 fevral, 13:40

Bəhreyn Krallığının Vəliəhdi və Baş naziri Leyla Əliyevanı qəbul edib

27 fevral, 13:35

Azərbaycanın sədrliyi ilə İƏT-in Turizm Komitəsinin toplantısı keçirilib

27 fevral, 12:56

Ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.