Bütün xəbərlər
27 fevral, 13:40

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Bəhreynə səfəri çərçivəsində Bəhreyn Krallığının Vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifə ilə görüşü keçirilib.

“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadla xəbər verir ki, görüş zamanı iki dövlət və xalq arasında yüksəksəviyyəli münasibətlərin mövcudluğu xüsusi vurğulanıb. İkitərəfli əməkdaşlığın bundan sonra da müxtəlif sahələr üzrə genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Bəhreyn Krallığının Vəliəhdi Azərbaycanın hər zaman qlobal problemlərin həllinə dəstək olduğunu, bu çərçivədə ölkəmizin COP29 beynəlxalq tədbirinə də yüksək səviyyədə ev sahibliyi etdiyini xatırladıb. Ətraf mühitin qorunması sahəsində təşəbbüslərin davamı olaraq, MAMA “Ana təbiət” sərgisinin Bəhreyndə təşkilinə görə təşəkkürünü çatdırıb. Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın ətraf mühitin qorunması istiqamətində Azərbaycanda və digər ölkələrdəki təşəbbüsləri yüksək qiymətləndirilib.

Görüş zamanı Azərbaycan və Bəhreyn arasında gələcək əməkdaşlıq layihələri sırasında beynəlxalq Ekspo sərgiləri, o cümlədən Yaponiyada aprel ayından başlayacaq “Ekspo 2025” çərçivəsində birgə fəaliyyət üzrə də fikir mübadiləsi aparılıb.

Həmçinin Azərbaycan və Bəhreynin “Formula 1” kimi nüfuzlu yarışa uğurla ev sahibliyi etməsi vurğulanıb. Ölkəmizdə avtomobil idmanı üzrə yarışların keçirilməsinə önəm verildiyi və bu çərçivədə də gələcək əməkdaşlıq müzakirə olunub.

1 /2

Şərhlər

Xəbər lenti

27 fevral, 17:29

“Biz qayıdacağıq!” adlı elmi-praktiki konfrans keçirilib

27 fevral, 17:12

“Mədən topoqrafiyası” dərs kitabı hazırlanıb

27 fevral, 16:36

AzMİU və Ege Universiteti birgə mütəxəssis hazırlığına başlayır

27 fevral, 16:25

İstehsalat təcrübəsi keçən 32 tələbə “AzərGold”a işə qəbul edilib

27 fevral, 16:17

Peşə məktəblərində rəhbər vəzifələrdə işləmək istəyənlərin NƏZƏRİNƏ!

27 fevral, 15:50

Sədr: “AzerGold” indiyədək 75 tələbəyə təqaüd verib

27 fevral, 15:42

Məktəb direktoru hansı biliklərə sahib olmalıdır? 

27 fevral, 15:25

Leyla Əliyeva və Arzu Əliyeva Bəhreynin RAK İncəsənət Fondunda olublar

27 fevral, 14:53

AzMİU tələbələrin fərdi inkişafını dəstəkləyən yeni layihəyə imza atıb

27 fevral, 14:30

Əməkhaqqından tutulmalar hansı hallarda və necə tətbiq olunur?

27 fevral, 13:50

Təhsil araşdırmalarının istifadəsi: bilik təşkilatları və vasitəçilərinin baxışı

27 fevral, 13:35

Azərbaycanın sədrliyi ilə İƏT-in Turizm Komitəsinin toplantısı keçirilib

27 fevral, 12:56

Ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

27 fevral, 12:49

“Müasir metodist” layihəsi çərçivəsində müsahibə mərhələsinə start verilir

27 fevral, 12:20

Biologiya müəllimləri üçün sertifikatlaşdırma mövzuları

27 fevral, 12:19

Tələbələrin IT və proqramlaşdırma üzrə yaz düşərgəsinə qeydiyyat başlayıb

27 fevral, 11:47

Olimpiada üzrə rayon birincisi: Sürü otararkən də dərslərimlə məşğul oluram

27 fevral, 11:42

57 mindən çox şagird buraxılış imtahanı verəcək

27 fevral, 11:34

Beynəlxalq Təhsil İcmalı – Fevral 2025

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.