Bütün xəbərlər
27 fevral, 17:29

Bakı Mühəndislik Universiteti (BMU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Biz qayıdacağıq!” adlı elmi-praktik konfrans keçirilib.

“Azərbaycan müəllimi”xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin BMU-nun foyesində ucaldılmış büstü önünə gül dəstələri düzüblər.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda soyqırımı qurbanlarının, bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş etdirilib.

Milli Məclisin deputatı Məlahət İbrahimqızının moderatorluğu ilə keçirilən konfransa dövlət və hökumət nümayəndələri, Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri, deputatlar, tanınmış alimlər, həmçinin BMU rəhbərliyi və professor-müəllim heyəti qatılıb.

Tədbirdə çıxış edən rektor Yaqub Piriyev Azərbaycan xalqının son 200 illik tarixinin əlamətdar və yaddaqalan günlərini yaşadığını önə çəkib. Rektor ölkəmizin bu çətin regionda, dünyadakı mürəkkəb siyasi proseslər dövründə mühüm nailiyyətlər qazandığını, öz dinamik inkişafı ilə nümunəvi model formalaşdırdığını, bölgənin davamlı tərəqqisinə töhfələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, soydaşlarımızın işğaldan azad edilmiş doğma torpaqlarında yenidən məskunlaşması, eləcə də tarixi ərazilərimiz olan Qərbi Azərbaycana qayıdış məsələsi 44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədən sonra yaranmış yeni reallıqdır. Yaqub Piriyev əminliklə vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın qətiyyət və iradəsi, Azərbaycan xalqının müdrikliyi və sülhsevərliyi Qərbi Azərbaycana qayıdış konsepsiyasının uğurlu həllini təmin edəcək və bu, həm beynəlxalq hüququn, həm də ədalətin bərpasına öz müsbət töhfəsini verəcək.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova ali məktəblərdə tarixi torpaqlarımıza qayıdışla bağlı maarifləndirmə tədbirlərinin önəmli olduğunu deyib. Professor azərbaycanlıların ayrı-ayrı illərdə Ermənistandakı öz dədə-baba torpaqlarından deportasiyasını, işgəncələrə məruz qalmasını, müxtəlif toponimlərimizin dəyişdirilərək erməniləşdirilməsini tarixi faktlarla diqqətə çatdırıb. Qərbi Azərbaycana qayıdışla bağlı mübarizənin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə hədəfə çatacağını qeyd edən Mahirə Hüseynova dövlətimizin hazırkı qüdrəti ilə bu ideyanın gerçək olacağına inandığını bildirib. Qərbi Azərbaycan itkisinin o bölgənin bütün ziyalılarının yaralı yeri olduğunu deyən professor onların bu ideya ətrafında səfərbərliyini müsbət qiymətləndirib və məsələnin gələcək nəsillərə çatdırılması üçün görülməsi vacib işləri vurğulayıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli isə ictimai təşkilatın indiyədək gördüyü işlər barədə məlumat verib. Bildirib ki, Qərbi Azərbaycana qayıdış məsələsi artıq ictimai şüurda möhkəmlənərək ümummilli bir ideyaya, təkcə bu bölgədən olan insanlara deyil, bütün azərbaycanlılara aid bir məsələyə çevrilib. Tarixi torpaqlara qayıdışı azərbaycanlıların haqqı adlandıran Əziz Ələkbərli itirdiyimiz torpaqların hər qarışına qayıtmağa gücümüzün çatacağını fikirlərinə əlavə edib.

Tədbirdə iştirak edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin torpaqlarımızın işğaldan azad olunması, soydaşlarımızın öz yurd-yuvalarına qayıtması ilə bağlı siyasətinin müsbət nəticələr verdiyini və Qərbi Azərbaycana qayıdışın da reallaşması üçün atılan addımların xalqımız tərəfindən alqışlandığını söyləyib. İcra başçısı deportasiya olunmuş azərbaycanlıların ən sıx məskunlaşdığı ərazinin Abşeron rayonu olduğunu önə çəkərək, bu insanların torpaq həsrətini, yurdlarına qayıdışı səbirsizliklə gözlədiklərini dilə gətirib.

Tədbirdə digər çıxış edənlər Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov, akademik Abel Məhərrəmov, professor Nizami Cəfərov, ADPU-nun rektoru professor Cəfər Cəfərov, Milli Məclisin deputatı İlham Məmmədov, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, Prezident Kitabxanasının direktoru professor Afət Abbasova bu gün “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”nın ölkəmizin əsas prioritetləri sırasında dayandığını, eyni zamanda, xalqımızın hər bir övladının qəlbində tarixi torpaqlarımıza dönəcəyimizə dərin inamın yarandığını bildiriblər. Çıxışlarda qayıdış üçün atılacaq addımlar sadalanıb, bir sıra mühüm təkliflər irəli sürülüb. Qərbi Azərbaycanla bağlı zəruri faktların orta və ali məktəb proqramlarına salınması işinin daha da təkmilləşdirilməsinin vacibliyi bildirilib, habelə həmin insanların, onların varislərinin öz yurdlarına qayıtmaq hüququnun təmin edilməsi, birgə yaşayışa nail olunması üçün məsələnin beynəlxalq müstəviyə daşınmasının və dəstəyin artırılmasının gərəkliliyi vurğulanıb.

1 /19

Şərhlər

Xəbər lenti

27 fevral, 19:29

Peşə təhsili ilə bağlı layihənin icrasına başlanılıb

27 fevral, 19:23

2280 təhsil işçisi psixoloji dəstək layihəsindən faydalanıb

27 fevral, 18:20

II Türk İnteqrasiya Olimpiadası keçiriləcək

27 fevral, 18:01

4-cü Təqaüd proqramı qaliblərinin mükafatlandırılması və “Mədən Topoqrafiyası” dərsliyinin təqdimatı keçirilib

27 fevral, 17:58

Nazir müavini: Sənaye və peşə təhsili müəssisələri arasında praktiki əlaqələrin inkişafını müşahidə edirik

27 fevral, 17:35

Azərbaycan və Qvineya-Bisau prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

27 fevral, 17:12

“Mədən topoqrafiyası” dərs kitabı hazırlanıb

27 fevral, 16:36

AzMİU və Ege Universiteti birgə mütəxəssis hazırlığına başlayır

27 fevral, 16:25

İstehsalat təcrübəsi keçən 32 tələbə “AzərGold”a işə qəbul edilib

27 fevral, 16:17

Peşə məktəblərində rəhbər vəzifələrdə işləmək istəyənlərin NƏZƏRİNƏ!

27 fevral, 15:50

Sədr: “AzerGold” indiyədək 75 tələbəyə təqaüd verib

27 fevral, 15:42

Məktəb direktoru hansı biliklərə sahib olmalıdır? 

27 fevral, 15:25

Leyla Əliyeva və Arzu Əliyeva Bəhreynin RAK İncəsənət Fondunda olublar

27 fevral, 14:53

AzMİU tələbələrin fərdi inkişafını dəstəkləyən yeni layihəyə imza atıb

27 fevral, 14:30

Əməkhaqqından tutulmalar hansı hallarda və necə tətbiq olunur?

27 fevral, 13:50

Təhsil araşdırmalarının istifadəsi: bilik təşkilatları və vasitəçilərinin baxışı

27 fevral, 13:40

Bəhreyn Krallığının Vəliəhdi və Baş naziri Leyla Əliyevanı qəbul edib

27 fevral, 13:35

Azərbaycanın sədrliyi ilə İƏT-in Turizm Komitəsinin toplantısı keçirilib

27 fevral, 12:56

Ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.