Bütün xəbərlər
28 noyabr, 19:13

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev 2024-2025-ci tədris ilində universitetə qəbul olan əcnəbi tələbələrlə görüşüb.

Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki,  əcnəbi tələbələri BMU-da görməkdən məmnun olduğunu vurğulayan rektor xarici ölkə vətəndaşlarının təhsili, asudə vaxtlarının təşkili, habelə onların yataqxana ilə təminatı üçün yaradılmış şəraitdən danışıb. Yaqub Piriyev builki qəbulda ilk dəfə əcnəbi tələbə sayının 4 dəfə artmasını universitetin inkişafı, beynəlxalq əlaqələrinin gücləndirilməsi ilə izah edib. Xarici tələbələr arasında mühəndislik ixtisaslarını daha çox qızların seçməsini təqdirəlayiq hal kimi qiymətləndirən ali təhsil ocağının rəhbəri onların bu sahədə yaxşı mütəxəssis olacaqlarına inandığını bildirib.

Müvafiq statistik göstəricilərə toxunulan görüşdə nəzərə çatdırılıb ki, bu il BMU-ya 81 xarici tələbə qəbul olub. Ümumilikdə 21 ölkədən olan tələbələr əsasən kompüter mühəndisliyi, kompüter elmləri, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, elektrik və elektronika mühəndisliyi, o cümlədən maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi, biotexnologiya və digər ixtisaslarda təhsil almağa üstünlük veriblər.

Səmimi atmosferdə davam edən görüşdə Yaqub Piriyev əcnəbi tələbələrin təhsilləri, imtahanlara hazırlıqları,  universitetin ictimai həyatında iştirakları, eləcə də Azərbaycanla bağlı təəssüratları ilə yaxından maraqlanıb, onların tədris prosesi ilə əlaqədar fikirlərini və təkliflərini dinləyib.  Tələbələrin qaldırdıqları bır sıra məsələlər yerindəcə araşdırılıb, onların həlli istiqamətində müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib, araşdırma tələb edən təkliflər isə qeydə alınıb. Eyni zamanda rektor aidiyyəti strukturların rəhbərlərinə əcnəbi tələbələrə daha həssas yanaşmağı, onların istənilən problemlərinin həllinə kömək etməyi tapşırıb.

Görüşdə iştirak edən tələbələr BMU-da təhsilin səviyyəsindən, ümumilikdə yataqxanada onlar üçün yaradılan şəraitdən razı qaldıqlarını deyib,  səmimi görüş üçün rektora təşəkkürlərini bildiriblər. 

1 /7

Şərhlər

Xəbər lenti

19 iyul, 19:06

Prezident İlham Əliyev: Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb

19 iyul, 19:02

III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüş keçirilir

19 iyul, 18:51

Cəbrayıl şəhəri körpələr evi-uşaq bağçası fəaliyyətə başlayıb

18 iyul, 18:10

Müəllimlər intellektual qabiliyyətlərini yoxladılar - Qaliblərin oyun təəssüratları 

18 iyul, 17:27

BŞTİ media nümayəndələri ilə görüş keçirib

18 iyul, 16:53

Yüksəliş” müsabiqəsinin final mərhələsinə start verilib

18 iyul, 16:36

Fərhad Hacıyev: Bu il “Yüksəliş”ə rekord sayda müraciət olub

18 iyul, 16:11

Ölkə birincisi: Hər bir işə məsuliyyətlə yanaşmaq lazımdır

18 iyul, 16:08

Fərəh Əliyeva: Əsas məqsəd dəyər yaratmaq iqtidarında olan gəncləri aşkara çıxarmaqdır

18 iyul, 15:48

Elnur Nəsibov: Təhsilə dəstək üçün artıq onlayn formada ianə vermək olar

18 iyul, 15:38

Fərhad Hacıyev: “Yüksəliş”in finalçılarının 55%-i 600-dən yüksək bal toplayıb

18 iyul, 15:16

Nazirin müşaviri: “TəhsilPlus” kartı müəllimlərin rifahının artırılmasına səbəb olacaq

18 iyul, 15:14

Avqustun 4-də jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

18 iyul, 15:08

BMU-da “Huawei” şirkəti ilə əlaqələr müzakirə olunub

18 iyul, 14:49

Naxçıvanın builki məzunları 30 ilin ən yüksək nəticəsini göstərdi

18 iyul, 14:32

Bir sinfin 4 qızıl “ulduz”u - Uğur necə əldə olundu?

18 iyul, 14:17

Ölkə birincisi: “Zəhmət çəkən insan mütləq istədiyinə nail olur

18 iyul, 13:52

Qızıl nişanla parlayan yeniyetmələrimiz

18 iyul, 12:48

Prezident İlham Əliyev Ağdamda körpələr evi-uşaq bağçasının açılışında iştirak edib

18 iyul, 12:40

Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.