Bütün xəbərlər
27 fevral, 15:42

Təhsildə keyfiyyət müəllimdən başlayır, amma rəhbər də doğru seçilmiş şəxs olmalıdır. Bir çox pedaqoqlar belə hesab edirlər ki, direktor müəssisənin yol xəritəsini hazırlayan, əsas qərarverən olduğu qədər həm də müəllimin dəstəkçisi, məsləhətçisidir. 

“Pedaqoq olmayan məktəb direktoru yaxşı idarəedici də olmayacaq”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Fərrux Rüstəmov daha çox orta ümumtəhsil müəssisələrini nəzərdə tutaraq deyir ki, bu məktəblərin direktorları hər şeydən əvvəl pedaqoq olmalıdırlar:

“Məktəbdə Pedaqoji Şuranın sədri də direktor olur. Məktəb direktoru baş pedaqoqdur, ona görə də bu vəzifəyə birmənalı olaraq pedaqoqlar təyin edilməlidir. ABŞ-in təhsil modelinə görə, direktor pedaqoq olmaya bilər. Çünki orada direktor maliyyəçidir. Azərbaycanın təhsil sistemi isə direktordan pedaqoji bilik tələb edir. Məktəb direktoru şagirdin, müəllimin dərdini dinləməli, onları anlamalı, yol göstərməlidir. Direktor gözləməməlidir ki, müəllimlərə ehtiyac duyduqları pedaqoji dəstəyi yalnız onun müavinləri, yaxud metodistlər verməlidir. Pedaqoq olmayan məktəb direktoru yaxşı idarəedici də olmayacaq. Məktəbi inzibati qaydalarla idarə etmək mümkün deyil. Məktəb direktoru mütləq pedaqoqların arasından seçilməli, amma onun mütləq iqtisadi bilikləri, menecerlik bacarıqları da olmalıdır”.

“Peşə məktəbin rəhbərindən pedaqoji biliklə yanaşı, sahibkarlıq bacarığı da tələb edilir”

Maraqlıdır, görəsən, ali təhsil müəssisələrində bu keyfiyyətlərə cavab verən məktəb idarəediciləri hazırlanırmı?

Təhsilin idarəedilməsinə peşəkarların cəlbini vacib sayan İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Cəlil Bağırov deyir ki, ADA Universitetində təhsilin idarə edilməsi, menecementi üzrə ixtisaslar tədris edilir: 

“Lakin həmin ixtisaslarda peşə təhsilinin idarəedilməsi məzmununa yer ayrılırmı? Çünki peşə təhsilindən əsas gözləntilərdən biri istehsalat təliminin emalatxanada simulyasiyasının idarəedilməsidir. Məncə, bu, çox önəmlidir. Ali və orta ixtisas təhsili müəssisisələrində mühazirə və seminarlar keçirir. Peşə təhsili müəssisələrində isə emalatxanalarda istehsal həyata keçirilir. İstehsalat prosesinin pedaqoji istiqaməti necə aparılmalıdır? Günəş panellərinin quraşdırıcısı, dərzi, dizayner ixtisaslarının istehsalat təlimi hansı texnologiyalarla daha müvəffəqiyyətli keçirilə bilər və istehsalat təliminin pedaqoji ssenarisi necə qurulmalıdır? Məncə, bu suallara aydınlıq gətirilməlidir”.

Cəlil Bağırov hesab edir ki, artıq müasir dövrdə bir peşə təhsili müəssisəsinin rəhbərindən pedaqoji biliklə yanaşı, sahibkarlıq bacarığı da tələb edilir: “Məncə, təhsilverənin sahibkarlıq düşüncəsi olarsa, peşə təhsili müəssisələrində dönüş yarana bilər”.

“Sahibkarlıq VÖEN açmaqdan ibarət deyil”

“Sahibkarlıq VÖEN açmaqdan ibarət deyil. Bu, iqtisadi prosesdir, ideyanın transformasiyasıdır”, - deyən C.Bağırov təhsil müəssisələrində auditoriyada müəllim və tələbə arasında əməkdaşlığın qurulması üçün münbit mühitin formalaşmasını vacib amillərdən hesab edir: 

“Bu əməkdaşlıq mühitini sahibkar düşüncəli insanlar qura bilərlər. Yeniləşən dünyada peşə təhsilinin məzmununu yaxşılaşdırmaq istəyiriksə, peşə təhsili müəssisələri üçün liderlər də hazırlamalıyıq, hansı ki, o liderlər pedaqoji bacarıqlara sahib olmalı, sahibkar kimi düşünməyi bacarmalı, regionda mümkün fürsətləri görə bilməli, müəssisəsinin sinerji potensialını üzə çıxarmalıdırlar. Çünki güclü təhsil müəssisələri yerləşdiyi regionun həyat tərzini müəyyənləşdirmə və ona müsbət təsir etmə gücünə malik olmalıdır”.

Şərhlər

Xəbər lenti

27 fevral, 19:29

Peşə təhsili ilə bağlı layihənin icrasına başlanılıb

27 fevral, 19:23

2280 təhsil işçisi psixoloji dəstək layihəsindən faydalanıb

27 fevral, 18:20

II Türk İnteqrasiya Olimpiadası keçiriləcək

27 fevral, 18:01

4-cü Təqaüd proqramı qaliblərinin mükafatlandırılması və “Mədən Topoqrafiyası” dərsliyinin təqdimatı keçirilib

27 fevral, 17:58

Nazir müavini: Sənaye və peşə təhsili müəssisələri arasında praktiki əlaqələrin inkişafını müşahidə edirik

27 fevral, 17:35

Azərbaycan və Qvineya-Bisau prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

27 fevral, 17:29

“Biz qayıdacağıq!” adlı elmi-praktik konfrans keçirilib

27 fevral, 17:12

“Mədən topoqrafiyası” dərs kitabı hazırlanıb

27 fevral, 16:36

AzMİU və Ege Universiteti birgə mütəxəssis hazırlığına başlayır

27 fevral, 16:25

İstehsalat təcrübəsi keçən 32 tələbə “AzərGold”a işə qəbul edilib

27 fevral, 16:17

Peşə məktəblərində rəhbər vəzifələrdə işləmək istəyənlərin NƏZƏRİNƏ!

27 fevral, 15:50

Sədr: “AzerGold” indiyədək 75 tələbəyə təqaüd verib

27 fevral, 15:25

Leyla Əliyeva və Arzu Əliyeva Bəhreynin RAK İncəsənət Fondunda olublar

27 fevral, 14:53

AzMİU tələbələrin fərdi inkişafını dəstəkləyən yeni layihəyə imza atıb

27 fevral, 14:30

Əməkhaqqından tutulmalar hansı hallarda və necə tətbiq olunur?

27 fevral, 13:50

Təhsil araşdırmalarının istifadəsi: bilik təşkilatları və vasitəçilərinin baxışı

27 fevral, 13:40

Bəhreyn Krallığının Vəliəhdi və Baş naziri Leyla Əliyevanı qəbul edib

27 fevral, 13:35

Azərbaycanın sədrliyi ilə İƏT-in Turizm Komitəsinin toplantısı keçirilib

27 fevral, 12:56

Ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.