
“Bir Könüllü” Tələbə Təşkilatı, “EESTEC JLC Baku” və “IAAS” təşkilatlarının birgə təşəbbüsü ilə 24-29 mart 2025-ci il tarixlərində Quba rayonunda IT və proqramlaşdırma üzrə yaz düşərgəsi təşkil ediləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, düşərgənin əsas məqsədi proqramlaşdırma və sistem inzibatçılığı sahəsində bilik və bacarıqları inkişaf etdirməkdir.
Düşərgədə kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları və əlaqədar ixtisaslarda təhsil alan III və IV kurs tələbələri, eləcə də magistr və doktorantlar, məzunlar iştirak edə bilərlər.
Düşərgədə iştirak edənlər komanda işi və kompleks layihə üzərində təcrübə keçəcəklər. İştirakçıların həm öyrənməsi, həm də əylənməsi məqsədilə asudə vaxtlarda interaktiv fəaliyyətlər və idman tədbirləri təşkil olunacaq.
Düşərgəyə qeydiyyat üçün son tarix 9 mart 2025-ci ildir.
Qeyd edək ki, yoxlama imtahanı Bakı şəhərində 10-15 mart tarixlərində keçiriləcək.
Ətraflı məlumat və qeydiyyat üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər