Bütün xəbərlər
27 fevral, 12:56

Paytaxtın ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Xəyalə Əhmədzadə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli, Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova və məktəb direktorları iştirak ediblər.

Görüşdə vətəndaş məmnuniyyəti, birinci sinfə qəbul, qurumlararası əməkdaşlıq, rəqəmsal məktəb platforması üzrə fəaliyyət, PİSA 2025 tədqiqatının təşkili və digər mövzularda müzakirələr aparılıb.

BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə qarşıdakı dövr üçün nəzərdə tutulan bir sıra məsələlərə nəzarətin artırılmasının, o cümlədən qurumlararası və daxili kommunikasiyanın gücləndirilməsinin vacibliyinə toxunub. Müdir müavini tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin əhəmiyyətini vurğulayıb, müvafiq tövsiyələr verib.

MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli hər bir dövlət qurumunun fəaliyyətində olduğu kimi, təhsil sahəsində də vətəndaş müraciətlərinə baxılması və vətəndaş qəbulu ilə bağlı həyata keçirilən sistemli tədbirlərin insanları narahat edən məsələlərin aradan qaldırılmasına və vətəndaş məmnunluğunun təmin olunmasına xidmət etdiyini bildirib, bu istiqamətdə əldə olunan müsbət nəticələrdən danışıb.  

Agentliyin sektor müdiri Fidan Nəcəfova ümumi təhsil müəssisələrində proseslərin elektronlaşdırılması çərçivəsində fəaliyyətə başlayan “Rəqəmsal məktəb” platformasının əhəmiyyəti barədə danışıb. Sektor müdiri PİSA 2025 beynəlxalq şagird qiymətləndirmə tədqiqatında uğurlu nəticələrin əldə olunmasında məktəb, müəllim və şagirdlərin üzərinə düşən vəzifələrdən söz açıb, IV-VI siniflər üzrə monitorinqlərin təşkili ilə bağlı bəzi məqamları diqqətə çatdırıb.

Görüşdə şagird yerdəyişməsi, birinci sinfə qəbul, məktəb-icma əlaqələrinin tədrisin keyfiyyətinin artırılmasına təsiri, valideyn təşəbbüslərinin tənzimlənməsi, xüsusilə 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində təhsil müəssisələrinə göndərilən təlimata əməl olunmasının zəruriliyi ilə bağlı fikirlər səsləndirilib, müvafiq tapşırıqlar verilib.

Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.

1 /10

Şərhlər

Xəbər lenti

27 fevral, 17:35

Azərbaycan və Qvineya-Bisau prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

27 fevral, 17:29

“Biz qayıdacağıq!” adlı elmi-praktiki konfrans keçirilib

27 fevral, 17:12

“Mədən topoqrafiyası” dərs kitabı hazırlanıb

27 fevral, 16:36

AzMİU və Ege Universiteti birgə mütəxəssis hazırlığına başlayır

27 fevral, 16:25

İstehsalat təcrübəsi keçən 32 tələbə “AzərGold”a işə qəbul edilib

27 fevral, 16:17

Peşə məktəblərində rəhbər vəzifələrdə işləmək istəyənlərin NƏZƏRİNƏ!

27 fevral, 15:50

Sədr: “AzerGold” indiyədək 75 tələbəyə təqaüd verib

27 fevral, 15:42

Məktəb direktoru hansı biliklərə sahib olmalıdır? 

27 fevral, 15:25

Leyla Əliyeva və Arzu Əliyeva Bəhreynin RAK İncəsənət Fondunda olublar

27 fevral, 14:53

AzMİU tələbələrin fərdi inkişafını dəstəkləyən yeni layihəyə imza atıb

27 fevral, 14:30

Əməkhaqqından tutulmalar hansı hallarda və necə tətbiq olunur?

27 fevral, 13:50

Təhsil araşdırmalarının istifadəsi: bilik təşkilatları və vasitəçilərinin baxışı

27 fevral, 13:40

Bəhreyn Krallığının Vəliəhdi və Baş naziri Leyla Əliyevanı qəbul edib

27 fevral, 13:35

Azərbaycanın sədrliyi ilə İƏT-in Turizm Komitəsinin toplantısı keçirilib

27 fevral, 12:49

“Müasir metodist” layihəsi çərçivəsində müsahibə mərhələsinə start verilir

27 fevral, 12:20

Biologiya müəllimləri üçün sertifikatlaşdırma mövzuları

27 fevral, 12:19

Tələbələrin IT və proqramlaşdırma üzrə yaz düşərgəsinə qeydiyyat başlayıb

27 fevral, 11:47

Olimpiada üzrə rayon birincisi: Sürü otararkən də dərslərimlə məşğul oluram

27 fevral, 11:42

57 mindən çox şagird buraxılış imtahanı verəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.