Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədovun ölüm səbəbləri araşdırılır.
Bu barədə “Azərbaycan müəllimi”nə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, Fazil Məmmədov bu gün səhər saatlarında vəfat edib. Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib: “Hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Tibbi-ekspertiza yekunlaşdıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq”.
Qeyd edək ki, APA-nın yaydığı məlumata görə, 1959-cu il təvəllüdlü Fazil Məmmədov idman etmək məqsədilə axşam yaşadığı ünvandan çıxıb, bu gün səhər saatlarında onun direktoru olduğu məktəbdə meyiti tapılıb.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)