“Yüzlərlə məktəbdə dezinfeksiya işləri aparılıb...”

“İndiyədək yüzlərlə məktəbdə dezinfeksiya  işləri aparılıb və bu işlər davam etdiriləcək”. Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, bu günlərdə ən çox müzakirə olunan məsələ koronavirus təhlükəsi ilə bağlı təhsil müəssisələrinin bağlanmasıdır, lakin məktəblərin bağlanması ilə bağlı hər hansı qərar yoxdur,   qərar olarsa, bu barədə KİV məlumatlandırılacaq.

 

Sektor müdiri bildirib ki,  koronavirusla bağlı məsələ ilk gündən diqqət mərkəzindədir: "Nazirlik bununla bağlı müvafiq tədbirlərin icrası üçün təlimatlar alıb. Məktəblərdə kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması barədə təlimatlar verilib və 24 saat fəaliyyət göstərən qərargah yaradılıb".



02.03.2020 | 13:37