11 ibtidai sinif müəlliminə ehtiyac var

Təhsil Nazirliyi ölkənin orta məktəblərində tədrisi başqa dildə aparılan bölmə üzrə vakant olan ibtidai sinif müəllimlərinin sayını açıqlayıb. Statistikaya əsasən, həmin bölmə üzrə respublikada 11 ibtidai sinif müəlliminə ehtiyac var.

 

Təhsil Nazirliyinin Yerli təhsil idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun məsləhətçisi Elçin Kərimov bildirib ki, bu say Abşeron və Saatlı rayonlarında üstünlük təşkil edir: "Həmin yerlər yerli təhsil idarəetmə orqanları tərəfindən vakant yer kimi təqdim edilib. Hesab edirik ki, müəllimlərin işə qəbulu müsabiqəsində həmin vakant yerlər dolacaq".

 



02.03.2020 | 14:12