ADPU-nun rektoru Qazaxıstanın Yesenov Universitetinin nümayəndələri ilə görüşüb

Mayın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Qazaxıstan Respublikasının Aktau şəhərində fəaliyyət göstərən Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin  (Yesenov Universiteti) nümayəndələri ilə görüşüb. Görüşdə Ş.Yesenov Universitetinin rektoru Berik Axmetov, elmi işlər və beynəlmiləlləşmə üzrə prorektoru Yermek Nurmaqambet, tərbiyə və sosial işlər üzrə prorektoru Qulsara Djoldasbayeva , ADPU-nun inzibati və iqtisadi işlər üzrə prorektoru Ümid Mehdiyev və beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Lətif Kəngərlinskiy iştirak ediblər.

 

Qonaqları salamlayan rektor Cəfər Cəfərov universitetin tarixi, tədris prosesi, tələbə həyatı, qarşıda duran vəzifələr, aparılan islahatlar, təhsilverənlərin fəaliyyətinin təkmilləşdirilməsi və keyfiyyətli nəticələr əldə edilməsi məqsədilə universitetə dəvət olunmuş ekspertlər haqqında məlumat verib. 

 

Yesenov Universitetinin rektoru Berik Axmetov göstərilən diqqətə görə təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi universitetin tarixindən və hazırkı fəaliyyətindən söz açaraq universitetlərindəki Azərbaycan mədəniyyəti və tarixi mərkəzi haqqında məlumat verib.

 

Görüşdə iki universitet arasında əməkdaşlıq imkanları müzakirə edilib, anlaşma  memorandumu imzalanıb .



15.05.2018 | 10:37