“ADA” Universitetindən 100 min manat ianə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ADA Universiteti 100 min manat ianə edib.

 

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib.

 

 



23.03.2020 | 15:23