Bakı Ali Neft Məktəbində TEDxBHOS keçiriləcək

Bakı Ali Neft Məktəbində (BANM) “Yayılmağa dəyər fikirlər” missiyasının ruhunda yaradılmış məşhur TED layihəsinin TEDxBHOS konfransı keçiriləcək. “Alternativ” mövzusuna həsr olunmuş konfrans mayın 26-da BANM-ın kampusunda baş tutacaq. Konfransa ölkənin müxtəlif sahələrdə uğur qazanmış 9 mütəxəssisi öz  maraqlı çıxışları ilə qatılacaq.

 

Qeyd edək ki, ildə iki dəfə keçirilən TED hər il dünyanın müxtəlif ölkələrindən, ayrı-ayrı sahələrin insanlarını qlobal konfransda maksimum 18 dəqiqəlik çıxışlara dəvət edir və önəmli, gələcək üçün paylaşılmağa dəyər ideyaları onların vasitəsilə dünyaya çatdırır. BANM-da keçiriləcək TEDxBHOS konfransı da digəriləri kimi qeyri-kommersiya təşkilatı olan TED`in lisenziyası əsasında baş tutacaq. 

 

 

 

 



16.05.2018 | 16:23