UNEC əməkdaşının koronovirusa həsr etdiyi karikatura dünyanın ən yaxşı TOP 10-da

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Marketinq və Kommunikasiya departamentinin əməkdaşı Seyran Cəfərlinin çəkdiyi karikatura əsəri məşhur Niderland saytı olan Cartoon Movement-də TOP 10-a daxil olub.

 

UNEC-dən bildirilib ki, S.Cəfərlinin koronavirusa həsr etdiyi karikatura dünyanın bir çox ölkəsinin rəssamlarının əsərləri arasında 10 ən yaxşı karikaturadan biri seçilib. O, karikaturada koronavirus pandemiyasının dünyaya təsirini əks etdirib.

 

Qeyd edək ki, Cartoon Movement saytı dunyada baş verən siyasi və sosial proseslərə həsr olunan karikaturaları yayınlamaqla yanaşı, dunya mediasını maraqlı  karikatura ilə təmin etməkdədir.

 

 



01.04.2020 | 17:10