Bakı Ali Neft Məktəbinin tələbəsi esse yazı müsabiqəsinin qalibi olub

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Rəşad Əhmədov “Azərbaycan naminə” adlı esse yazı müsabiqəsinin qalibi olub.

 

O, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi  Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə  2016-cı il 1-4 aprel tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərin 4-cü ildönümünə həsr olunan, ölkəmizdə yerləşən 10 universitet arasında keçirilən müsabiqədə I yerə layiq görülüb.

 

Bundan başqa, BANM-in İnformasiya təhlükəsizliyi ixtisasının 2-ci kurs tələbəsi Xəyal Fərzəliyev  müsabiqədə həvəsləndirici mükafata sahib olub.

 

Qeyd edək ki, müsabiqəyə,  ümumilikdə 323, BANM-in tələbələri tərəfindən isə 21 esse təqdim olunub.

 

Müsabiqə “Vətənpərvərlik və şəhidlik zirvəsi”, “Mənəvi dəyərlərimiz” və “Azərbaycançılıq məfkurəsi” mövzularını əhatə edib.

 

R.Əhmədovun I yerə layiq görülən “Vətənpərvərlik və şəhidlik zirvəsi” mövzusundakı esse yazısı ilə bu linkdən - https://bit.ly/2Jxmplz tanış olmaq mümkündür.   



02.04.2020 | 15:40