Böyük Britaniyada imtahanlar ləğv edilir

Məlumdir ki, Böyük Britaniyanın əksər məktəbləri koronavirusun yayılması səbəbindən qeyri-müəyyən müddətə bağlanıb. Odur ki,  imtahanları ləğv olunan şagirdlər müəllimlərin verdiyi qiymətləri alacaqlar.

 

Şagirdlərin gərgin əməyinin və səylərinin ədalətli şəkildə qiymətləndirilməsi və mükafatlandırıldığına əminlik üçün qiymətləndirmə prosesi imtahan komissiyaları ilə razılaşdırılacaq. Eyni vəziyyət, ehtimal ki, Şotlandiya, Uels və Şimali İrlandiyada da olacaq.

 

Hələlik isə məktəb direktorları və məmurlar məktəblərin aprelin 6-da qismən açılması zamanı hansı uşaqları qəbul etməli olduqlarını müəyyənləşdirməyə çalışırlar.

 

Böyük Britaniya hökuməti uşaqları məktəbə gedəcək əsas işçilərin siyahısını dərc edib. Bu siyahı səkkiz kateqoriyaya bölünüb. Buraya tibb və sosial işçilərin, uşaq bağçaları tərbiyəçilərinin və müəllimlərin, həmçinin ərzaq məhsullarının istehsalı və çatdırılması ilə məşğul olanların uşaqları daxil edilib.

 

Həmçinin siyahıda polis əməkdaşları, əsas dövlət xidmətləri, nəqliyyat , maliyyə və kommunal xidmət sahələrinin  mühüm əməkdaşlarının uşaqları da var.

 

Oruc MUSTAFAYEV

 



05.04.2020 | 11:09