Bakı Slavyan Universiteti əməkdaşlarına ərzaq yardımı

Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi , professor-müəllim heyəti, tələbə-gəncləri və əməkdaşları dünyada pandemiya elan olunan Koronavirus (COVİD-19) infeksiyasının  yayılmasının qarşısını almaq məqsədilə dövlət səviyyəsində həyata keçirilən səmərəli mübarizədə, aparılan genişmiqyaslı tədbirlərdə fəal iştirak edir.  

 

BSU-nun rektoru, professor Nurlana Əliyevanın müvafiq tövsiyə və əmrinə əsasən, aprelin 10-da ali təhsil müəssisəsinin məsul şəxsləri tərəfindən universitetin yaşı 65-dən yuxarı professor-müəllimlərinə, həmçinin inzibati-təchizat sahəsində çalışan əməkdaşlarına  ərzaq yardımı edilib.  

 

BSU-dan verilən məlumata görə, ümumilikdə 47 nəfər ehtiyacı olan aztəminatlı şəxsə edilən ərzaq yardımı ali məktəbin tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, inzibati-təsərrüfat işləri üzrə prorektoru Nurəddin Quliyev və universitetin tələbə-könüllüləri tərəfindən onlara yaşadıqları evlərdə çatdırılıb.

 

Universitetin ərzaq yardımı alan müəllim və əməkdaşları göstərilən diqqət və qayğıya görə təhsil ocağının rəhbərliyinə təşəkkür edib, xalqımızın, eləcə də bütün dünyanın tezliklə bu təhlükəli xəstəlikdən xilas olmasını arzulayıblar.

 



10.04.2020 | 15:35