BDU “Evdə Qal, Evdə Yarat” təşəbbüsünə qoşulur

Bakı Dövlət Universiteti (BDU)  Mədəniyyət Nazirliyinin və Kreativ Azərbaycan Portalının elan etdiyi "Evdə Qal Evdə Yarat" təşəbbüsünə qoşulub, yaradıcı, istedadlı müəllim və tələbələri bu aksiyaya qoşulmağa dəvət edib.

 

BDU-dan bildirilib ki, bütün dünyanı bürüyən  koronavirus  infeksiyası ölkəmizdə də insanlar üçün çətinliklər yaradıb, məktəblər, muzeylər, teatrlar bağlanıb,  insanlara ictimai yerlərə getməmək, mümkün olduğu qədər evdə oturmaq tövsiyə olunub, buna baxmayaraq, vətəndaşların yaradıcı bacarığı həmişə yüksək səviyyədədir və  2000 mindən çox insan sosial şəbəkələr vasitəsilə "Evdə Qal Evdə Yarat" təşəbbüsünə qoşulub. 

 

Məlumat verilib ki, BDU da tələbələrini və əməkdaşlarını bu təşəbbüsə fəal qoşulmağa dəvət edir:
#evdəqalevdəyarat  #evdeqalevdeyarat      #creativaz       #SayNotoCovid    #BDU   #BakıDövlətUniversiteti 

 

Təşəbbüs çərçivəsində insanlar evdə olduğu müddətdə hazırladıqları kreativ məhsulu (rəsm əsəri, video, şeir, musiqi və s.) sosial şəbəkədə #EvdəQalEvdəYarat həştəqi  yazmaqla, həmçinin “Kreativ Azərbaycan” portalının feysbuk səhifəsini işarələməklə paylaşmalıdır.

 

Müsabiqə 2020-ci ilin 30 aprel tarixinə kimi davam edəcək.

 

Təşəbbüs çərçivəsində ən çox bəyənilən paylaşımlar dəyərli hədiyyələr qazanacaq.
 

 



11.04.2020 | 15:27