Coğrafiya İnstitutunda distant dərslər davam edir

Azərbaycan Milli Elmlər Akademiyası  Coğrafiya İnstitutunun I və II kurs magistrantları üçün təşkil olunan distant  dərslər uğurla davam edir.

 

İnstitutdan bildirilib ki, elmi müəssisədə 3 ixtisas üzrə 5 magistr təhsil alır: onlardan üçü 1-ci kursda, ikisi 2-ci kursdadır.  Mühazirələrin  elektron mətnləri  e-mail və ya vatsap vasitəsilə təhsil alanlara çatdırılır.

 

Distant dərslər  institut rəhbərliyi və Təhsil şöbəsinin nəzarəti altında həyata keçirilir. Dərslərin gedişatı haqqında isə  AMEA Rəyasət Heyəti Aparatının Elm və Təhsil idarəsinə mütəmadi olaraq məlumat verilir.

 

 

 



13.04.2020 | 12:35