"Maarifin könüllüləri"

Rusiyanın maarif naziri  Sergey Kravtsov "Maarifin könüllüləri" layihəsinin başlandığını bəyan edib. Layihə çərçivəsində  rusiyalı könüllülər məsafədən təhsil texnologiyaları ilə işləməkdə çətinlik çəkən  müəllimlərə kömək edəcəklər.  Bu barədə Rusiya  Maarif  Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

​Layihənin həyata keçirilməsində müxtəlif regionların pedaqoji ali məktəblərinin yuxarı kurs tələbələri iştirak edəcəklər. 

 

Sergey Kravtsov bildirib ki,  heç də bütün müəllimlər dərsləri məsafədən  geniş şəkildə keçməyə hazır deyil, odur ki,  onlara dəstək vermək və bu təcrübələrinin çevik  artırılmasını təmin  etmək üçün  belə bir qərar qəbul edilib. Onun sözlərinə görə, artıq regionlardakı bir sıra  pedaqoji ali məktəblər bu təşəbbüsün  reallaşdırılmasına başlayıb.

 

Oruc MUSTAFAYEV

 



14.04.2020 | 15:20