Gənc tədqiqatçılar üçün virtual elmi seminar

Mingəçevir Dövlət Universitetində (MDU) doktorant, dissertant və gənç tədqiqatçıların iştirakı ilə “Azərbaycan elminin inkişafında gənclərin aparıcı rolu” mövzusunda elmi seminar keçirilib. Elm Gününə həsr olunan seminar “ZOOM” platforması üzərindən online formatda təşkil olunub.

 

Seminarın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov karantin dövründə keçirilən tədbirin əsas məqsədinin doktorant, dissertant və gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsindən ibarət olduğunu bildirib. Əməkdaşların elmi dərəcə və elmi adlar alması istiqamətində MDU-da stimullaşdırıcı addımların atılmasının nəzərdə tutulduğunu qeyd edən Ş.Bayramov məruzə ilə çıxış edəcək doktorant və dissertantlara uğurlar arzulayıb.

 

Mövcud şəraitdə döktorant və dissertantlar arasında elmi seminara böyük maraq olduğunu diqqətə çatdıran elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov seminarın proqramı və dinləniləcək məruzələr haqqında məlumat verib.

 

Sonra elmi seminarda məruzələr dinlənilib.

 

Virtual elmi seminar iştirakçıları tərəfindən maraqla qarşılan məruzələr ətrafında müzakirələr aparılıb. MDU-nun təcrübəli alimləri gənc tədqiqatçılara müvafiq təklif və tövsiyələr veriblər.

 



16.04.2020 | 14:25