Türkiyəli professorun moderatorluğu ilə onlayn konfrans

Türkiyənin Bursa Uludağ Universitetinin eğitim fakültəsinin professoru Selahattin Turanın moderatorluğu ilə Azərbaycan Texniki Universitetinin (AzTU) müəllim və tələbələri üçün "Təhsildə seysmik dəyişikliklər və yeniliklər" mövzusunda onlayn konfrans keçirilib.

 

AzTU-dan bildirilib ki, konfransda təhsildə səmərəliliyin və keyfiyyətin artırılması, gənclər arasında vətənpərvərliyin təbliği, yeni təhsil modelinin üstünlükləri və çatışmayan cəhətləri haqqında müzakirələr aparılıb.

 

Onlayn təhsilin effektivliyi, tələbələrin bu sistemə marağının artırılması, gələcəkdə iki ölkə universitetləri arasında ortaq dərslərin təşkili istiqamətində də fikirlər səsləndirilib.

 



18.04.2020 | 12:37