Milli Azərbaycan Ədəbiyyatı Muzeyi beynəlxalq elmi konfransa hazırlaşır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaradılmasının 80 illik yubileyinə həsr olunan “Klassik Azərbaycan ədəbiyyatı və incəsənətinin milli özünütəsdiqdə və Mərkəzi Asiyadakı mədəni tərəqqidə yeri” adlı beynəlxalq elmi konfrans keçiriləcək. Konfransın keçirilməsi bu ilin 26-27 noyabr tarixlərinə planlaşdırılır.  

 

Muzeydən bildirilib ki, konfransın işi   

  • - Klassik ədəbiyyat və folklor;
  • - Mənbəşünaslıq;
  • - Müasir ədəbi proses və ədəbi tənqid;
  • - Ədəbiyyatşünaslığın nəzəri problemləri;
  • - Muzeyşünaslıq;
  • - İncəsənət tarixi və kulturologiya;
  • - Tarix;
  • - Dinşünaslıq;
  • - Fəlsəfə;
  • - Dilçilik bölmələri üzrə aparılacaq.

 

Məruzə tezislərinin tərtibinə dair tələblər də bildirilib.  Məruzələr  sentyabr ayının 20-ə qədər qəbul olunacaq.

 



19.04.2020 | 11:18