Ümumdünya İqtisadi Forumu: Təhsilin əlçatanlığı, bərabərlik və keyfiyyəti yaxşılaşdırılmalıdır

Ümumdünya İqtisadi Forumu hesab edir ki, sənaye inqilabı modeli üzərində qurulan hazırkı təhsil sistemi  IQ-yə, xüsusən də yaddaşa və standartlaşdırmaya - süni intellekt tərəfindən asanlıqla və effektiv şəkildə əvəzlənəcək bacarıqlara fokuslanıb. İQ (zəka intellekti) + EQ (emosional intellekt) + RQ-in (sabitlik) yaxşı uzlaşması tələbənin potensialını açmaq üçün mühüm əhəmiyyətə malikdir.

 

Təşkilat   qeyd edir ki, dünya təhsili bu gün böhran içərisindədir.  Hətta koronavirus pandemiyasının başlanmasından əvvəl  dünyanın bir çox yerlərində uşaqlar məktəbdən kənarda  qalıb.  Uşaqlara  zəruri təlim verməli olan təhsil müəssisələrinin isə müvafiq təlimi təmin etmək üçün heç bir resursu yoxdur.   Halbuki  bu uşaqlar böyüklər kimi tam hüquqlu həyat yaşamaq, dünya iqtisadiyyatında iştirak etmək və  öz töhvəsini vermək üçün lazım olan təhsili almalıdırlar.  

 

Tarixən təhsil imkanlılar və imkansızlar arasında ən qısa körpü olub, həm ayrı-ayrı insanlara, həm də ölkələrə tərəqqi gətirib. İlk vaxtlardan bəsit və sabit bacarıqlara əsaslanan işçi qüvvəsinə  ehtiyac duyan təhsil sistemi hazırda uyğunlaşma və çevik təlimin daha çox zərurətə çevrildiyi,  innovasiyalar  və daimi dəyişikliklər dövründə öz aktuallığını itirir.

 

Ümumdünya İqtisadi Forumu  belə qeyd edir :  "Biz təhsili işləmək istəyi, ağıllı maşınlarla rəqabət və uzunmüddətli iqtisadi dəyər yaratma qabiliyyəti ilə yeniləməliyik.  Qlobal təhsil böhranını həll etmək üçün təhsil, bərabərlik və keyfiyyət yaxşılaşdırılmalıdır, çünki bu gün 72 milyon uşaq məktəbə getmir...

 

Gəlin,  kollektiv şəkildə təhsilə mane olan qandalları qırmağa kömək etmək öhdəliyini götürək. Keçmişin dərslərini bugünkü və gələcəyin texnologiyaları ilə birləşdirərək,  təhsili həqiqətən dəyişmək üçün tələbələrə sabah onları gözləyən  problemlərdən asılı olmayaraq düşünmək, öyrənmək ,  inkişaf etdirmək , dünyaya fayda gətirəcək potensiallarını ortaya qoymaq imkanı verək".

 

Ümumdünya İqtisadi Forumu  tələbələrin əmək bazarına hazırlanması ilə bağlı qənaətlərini də bölüşüb:” Tələbələrin 34% - i hesab edir ki, təhsil aldıqları ali məktəblər  onları  əmək bazarında uğur qazanmağa hazırlamır. Biz təhsildən işə düzəlməyə körpü qurmalıyıq. Gələcək iş yerlərinin 60% - i hələ yaradılmayıb. Biz tələbələri hələ yaradılmamış iş yerlərinə hazırlamalı və sahibkar olmalıyıq”.

 

( Mənbə: www.weforum.org/agenda/2020/04/our-education-system-is-losing-relevance-heres-how-to-update-it )

 

Oruc MUSTAFAYEV

 



20.04.2020 | 10:36