Bakı Ali Neft Məktəbində onlayn imtahanlara start verilib

Bakı Ali Neft Məktəbində 2019/2020-ci tədris ilinin yaz smesterinin bütün dərslərini başa vuran tələbələr üçün final imtahanı onlayn qaydada təşkil edilib.

 

İlk olaraq final imtahanları Neft-Qaz mühəndisliyi və Proseslərin Avtomatlaşdırılması mühəndisliyi ixtisaslarının V kurs tələbələri üçün keçirilib. “Mülki müdafiədə tibbi yardımın əsasları” fənnindən keçirilən imtahanda 70 nəfərə qədər tələbə iştirak edib. 3 saat davam edən imtahanda tələbələr 25 sualı cavablandırıblar.

 

İmtahanlar LMS (Learning Management System - Öyrənmənin İdarəolunması Sistemi) sistemi üzərindən reallaşdırılıb.



20.04.2020 | 12:55