Beynəlxalq dərəcəli ekspert Ufuk Batumdan onlayn təlim

Azərbaycan Texniki Universitetinin (AzTU) müəllim və tələbələri üçün "Ar-Ge, innovasiya və texnoloji sənayedə təməl quruculuğu" mövzusunda onlayn təlim keçirilib.

 

Türkiyənin Boğaziçi, ODTÜ universitetlərinin müəllimi, ABŞ, Fransa,İtaliya,Türkiyə və Asiya ölkələrinin fərqli şirkət və təhsil sektorlarında 15 Texno Park qurucusu və İdarə Heyətinin üzvü, CEO, beynəlxalq dərəcəli ekspert Ufuk Batumun moderatorluğu ilə keçən təlimdə "Sənaye 4.0" proqramının tətbiqi, Bulud (Cloud) texnologiyası və bir sıra süni zəka proqramları haqqında məlumat verilib.

 

Təlimdə "Ar-Ge" Mərkəzlərində həyata keçirilən layihələrin üstünlüklərindən bəhs edilib, müəllim və tələbələrin sualları cavanlandırılıb.

 

 



23.04.2020 | 11:25