217 nəfərlik professor-müəllim heyəti onlayn dərslərdə

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) AMEA  magistrantları üçün distant dərslər təşkil olunub.

 

AMEA-dan verilən məlumata görə,  akademiyada magistratura təhsili 25 ixtisas üzrə 84 ixtisaslaşmanı əhatə edir və  hal-hazırda magistraturada 188 magistrant təhsil alır. AMEA-da onlayn tədris prosesinə 217 nəfərlik professor-müəllim heyəti cəlb olunub ki, onların hər biri distant təhsil prosesində uğurla iştirak edir.

 

 



24.04.2020 | 11:20