Qonaq otağının masası partaya çevrildikdə

Böyük Britaniyanın euronews  telekanalı  koronavirus  pandemiyası səbəbindən karantin rejimi yaşayan  Britaniya ailəsindən reportaj hazırlayıb.  Məlumata əsasən, Böyük Britaniyada karantin tətbiq edildikdən və məktəblərin bağlanmasından sonra britaniyalı valideynlər təcili olaraq müəllimliyə ixtisaslaşmağa məcbur oldular: öz uşaqlarının təhsilini  peşə fəaliyyətləri ilə birləşdirmək üçün isə yaradıcı yanaşma lazımdır. Amma müvəffəqiyyətə zəmanət yoxdur.

 

Poppi Gousling, məktəbli: "Evdə olmağı sevirəm. İstədiyiniz vaxt  istirahət edə bilərsiniz. Amma müəllimlərdən və dostlarımdan ötrü darıxıram".

Kayya Gosling, media məsləhətçisi:"Karantinin ilk həftəsindəcə anam və mən müəllimə çevrildik".

 

Bu, o deməkdir ki, yalnız məktəb proqramı ilə məşğul olmaq, bədən tərbiyəsi aparmaq, dəyişikliklər etmək deyil, həm də nahar hazırlamağa vaxt tapmalısan. Britaniya məktəbləri yalnız hökumətin əvvəllər dərc etdiyi "əsas işçilər"  siyahısına aid olan valideynlərin uşaqları üçün açıqdır. Buraya tibb və sosial işçilər, müəllimlər və kuryerlər, ictimai nəqliyyat sürücüləri və polislər daxildir.

 

Carlene Bender sahibkardır. Onun  11 və 16 yaşlı oğulları  online təlimlərə cəlb olunublar. Üçünün yalnız bir kompüteri var.

" Əgər mənim kiçik oğlum səhər beşdə yatırsa,  mən saat 12-yə qədər işləyə bilərəm. O vaxt isə artıq böyük oğlum oyanır. Biz sanki bir-birimizdən gizlənirik.  Bununla yanaşı, başa düşürük ki, hər birimizin işi kifayət qədər ləng gedir".

 

Müəllimlərin onlayn təlimlə bağlı öz iradları var

Brayoni Qardner, müəllimə: "Uşaqlara sığınmaq çox çətindir.  Valideynlər, xüsusilə də  işlədikləri vaxt, özlərini  uşaqlarının tərbiyəsinə  həsr edə bilmirlər. Bu gün əsas məsələ uşaqların firavanlığıdır, biz əmin olmalıyıq ki, onlar həqiqətən keyfiyyətli təhsil və lazımi dəstək alırlar".

 

Bəs, Britaniya məktəbləri öz qapılarını nə vaxt açacaqlar?

Viktoriya Smit( euronews): "Fikirlər bu məsələdə bölündü. London İmperial Kollecinin tədqiqatçıları bildirirlər ki, məktəblər "əsas işçilər"in uşaqlarından başqa, hamı  üçün bağlanmış olmalıdır.  Yalnız bu yolla şagirdlər məsləhət görülmüş distansiyaya riayət edə biləcəklər. London  Universitet Kollecinin ekspertlərinin fikrincə, bu cür rejim yalnız 2-dən 4%-ə qədər ölüm hallarından qaçmağa imkan  verəcək".

 

Həmkarlar İttifaqı işçiləri bu haqda nə düşünürlər?

Garet Yanq, "NASUHT"  Həmkarlar İttifaqının əməkdaşı: "Biz hökumətin bütün müəllimlərin fərdi mühafizə vasitələri ilə təmin olunub-olunmamasına  əməl etməsini nəzarətdə saxlamasına çalışırıq. Lakin aşağıdakı sualları da diqqətdən kənarda qoymaq olmaz: müəllimlərin əllərini sabunla isti su ilə yumağa və ümumiyyətlə, təhlükəsiz məsafəyə riayət etməsinə imkanı varmı?"

 

(ru.euronews.com/2020/04/29/uk-lockdown-schools)

 

Oruc MUSTAFAYEV

 

 



30.04.2020 | 16:21