Aerokosmik Zondlama vasitəsilə meşələrin kompleks monitorinqi

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının əməkdaşları xüsusi karantin rejimi şəraitində Aerokosmik Zondlama Məlumatları və Coğrafi İnformasiya Sistemlərinin tətbiqi ilə meşələrin  kompleks monitorinqini həyata keçirir.

 

Mərkəzi Nəbatat Bağından bildirilib ki, aparılan tədqiqatlar nəticəsində Aerokosmik Zondlama texnologiyalarının geniş imkanları ilə meşələrin vəziyyətini, inkişaf dinamikasını, xlorofil tərkibini və s. qiymətləndirmək mümkündür.

       

Tədqiqat ərazisi olan Samur-Yalama Milli Parkında meşə və kolluq bitkiliyinin inkişaf dinamikası öyrənilib, antropogen təsirə məruz qalan ərazilər müəyyən edilib. Tədqiqatların nəticələri əsasında meşə ekosistemində baş verən proseslərə təbii və antropogen amillərin təsir dərəcəsi qiymətləndirilib.

       

Əldə olunan elmi yeniliklər gələcək proseslərin proqnozlaşdırılmasında, ümumilikdə biomüxtəlifliyin davamlı idarəedilməsi və qorunması ilə bağlı yeni strategiyaların işlənib hazırlanmasında vacib rol oynayacaq.

 

 



03.05.2020 | 13:30