“Postpandemiya şəraitində karyera imkanları”

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Təcrübə və karyera şöbəsinin müdiri Xanlar Qəniyev və şöbənin mütəxəssisləri Afaq Sadiqova, Aydan Dadayeva tərəfindən  tələbələr üçün  “Postpandemiya şəraitində karyera imkanları” adlı onlayn təlim təşkil olunub. Təlimdə ali məktəbin müxtəlif  fakültələrindən tələbələr iştirak ediblər.

       

AzMIU-dan bildirilib ki, X.Qəniyev təlimin  tələbələrin karyera imkanlarını artırmaq, məşğulluqlarını inkişaf etdirmək, əmək bazarında fəaliyyət göstərən, ixtisaslarına uyğun şirkətlərlə əlaqə yaratmaq və real iş imkanlarından yararlanmaq məqsədi ilə təşkil olunduğunu qeyd edib, koronavirus pandemiyasının təsir etdiyi sahələr və əhatə dairəsi haqqında da tələbələrə məlumat verib. COVİD-19-la əlaqədar  ölkədə tətbiq olunan xüsusi karantin rejimi şəraitində özünü inkişaf istiqamətləri ilə bağlı tələbələrə tövsiyələrini çatdırıb. 

         

Şöbənin mütəxəssisləri isə tələbələri CV-nin yazılması qaydaları ilə tanış edib, vakansiyalar və təcrübə proqramları haqqında məlumatların əldə edilməsi qaydalarını izahlayıblar. Tələbələrə ixtisaslarına uyğun şirkətlərin elan etdiyi vakansiyalarla maraqlanaraq karyera imkanlarını dəyərləndirməyin yolları izah edilib və real iş yerləri ilə işgüzar əlaqələrin qurulması istiqamətində vacib  məqamlara toxunulub. Təlimin sonunda tələbələrə bu imkandan yararlanaraq öz  CV-lərini hazırlayıb yaradılmış CV bazasına daxil etmələri   məqsədilə şöbənin rəsmi mail adresinə göndərmək təklif olunub.

 

Sonda tələbələrin sualları cavablandırılıb.



04.05.2020 | 11:30