UNEC müəllimlərinin məqaləsi beynəlxalq jurnalda

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) müəllimlərinin elmi araşdırmaları Böyük Britaniyanın “International journal of advanced computer science and applications” jurnalında dərc olunub.

 

Bu barədə UNEC-dən məlumat verilib. Bildirilib ki, elmi araşdırma UNEC “SABAH” mərkəzinin rəhbəri və rəqəmsal iqtisadiyyat kafedrasının dosenti Aida Quliyeva, baş müəllim Ülviyyə Rzayeva və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin iqtisadiyyat və idarəetmə kafedrasının müəllimi Aygün Abdulovanın həmmüəllifliyi ilə yazılıb.

 

“İnformasiya texnologiyalarının insan resurslarının səmərəliliyinə təsiri: Azərbaycan timsalında (“Impact of Information Technologies on HR Effectiveness: A Case of Azerbaijan”) adlanan elmi məqalənin müəllifləri müasir dövrdə insan resurslarının idarə olunmasında informasiya texnologiyalarının müsbət və mənfi təsirlərini təhlil ediblər.

 

Qeyd edək ki, jurnalın impakt faktoru 3-dür və beynəlxalq elmi reytinq sıralamasında yer alır.

 

 



05.05.2020 | 10:15