Yaz semestrinin imtahan sessiyasına hazırlığın müzakirəsi

Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan filologiyası fakültəsinin Elmi Şurasının onlayn iclası keçirilib.

 

BSU-dan bildirilib ki, iclasda əvvəlcə dünyanı bürüyən COVID-19 pandemiyasının fəsadlarından, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu xəstəliyə qarşı ciddi qabaqlayıcı tədbirlərin görülməsindən danışılıb.

 

İclasa sədrlik edən fakültənin dekanı, professor Eldar Piriyev Azərbaycan təhsilində onlayn sistemin tətbiq edildiyi şəraitdə dekanlıq və müəllimlərin fəaliyyətini yüksək qiymətləndirib, gənc nəslin dərin biliklərə sahib olması üçün müəllimləri bu işdə daha çox fəallıq göstərməyə çağırıb.

 

Tədris işləri üzrə dekan müavini, dosent Sədaqət Əsgərova buraxılış işlərinin vəziyyəti haqqında məlumatı Elmi Şura üzvlərinin diqqətinə çatdırıb. Sonra müasir Azərbaycan dili kafedrasının müdiri, professor İkram Qasımov və türkologiya kafedrasının müdiri, professor Şaban Hüseynov bildiriblər ki, xüsusi karantin rejimində tələbələr mərkəzi kitabxana ilə canlı təmasda ola bilməsələr də, buraxılış işlərinin tam yazılıb sona çatdırılması üçün elmi rəhbərləri onlara lazımi dəstək verirlər.

 

Sonda iclasda yaz semestrinin imtahan sessiyasına hazırlıq, imtahan suallarının sadələşdirilməsi və azaldılması məsələləri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

 

 



07.05.2020 | 15:40