UNEC-də ilk dəfə online Karyera Günləri

Azərbaycan Dövlət Uqtisad Universitetinin (UNEC) 90 illik yubiley tədbirləri çərçivəsində 11 - 26 may tarixlərində online Karyera günləri təşkil olunacaq.

 

UNEC-dən bildirilib ki, karyera günləri ictimaiyyətə açıq keçiriləcək və burada əsas məqsəd tələbələrə, məzunlara karyera qurmaq istiqamətində tövsiyələr vermək, işəqəbul prosesi, müsahibəyə hazırılıq barədə məlumatlar çatdırmaq, iş dünyasında uğur qazanmış şəxslərlə gənclərin bir araya gəlməsinə şərait yaratmaqdan ibarətdir.  

 

Online Karyera günlərində 15-dən çox nüfuzlu şirkətin rəhbər şəxsləri, İnsan Resursları Departamentinin rəsmiləri, eləcə də karyera planlaşdırılması üzrə ekspertlər hər gün canlı yayımda çıxış edəcək, təlim və diskussiya aparacaq, o cümlədən sosial şəbəkələrdən daxil olan sualları cavablandıracaqlar.

 

Canlı yayımları UNEC-in rəsmi facebook (fb.com/uneceduaz), youtube (youtube.com/unecofficial) və instagram (instagram.com/uneceduaz) sosial şəbəkələrindən izləmək mümkündür.

 



07.05.2020 | 15:02