Mark Zirka tələbələrlə təcrübəsini bölüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) müəllim və tələbələri startaplar üzrə tanınmış mütəxəssis Mark Zirkanın təqdimatında "Startapların uğurla həyata keçirliməsi" mövzusunda videokonfransda iştirak edib.

 

AzTU-dan bildirilib ki, görüşdə Mark Zirka startap fəaliyyəti ilə bağlı beynəlxalq təcrübəsini bölüşüb, bu sahədə mövcud imkanlar və uğur qazanmağın yolları barədə məlumat verib.

 

İngilis dilində keçirilən videokonfransda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

 



11.05.2020 | 13:48