Ulu öndər Heydər Əliyevlə bağlı ədəbi-bədii kompozisiya

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzi ədəbi-bədii kompozisiya hazırlayıb.

 

İlin əvvəlindən hazırlıqlarına başlanılan və onlayn formada davam etdirilərək  ərsəyə gələn kompozisiya mərkəzin direktoru, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin rəhbərliyi ilə hazırlanıb. Kompozisiyada Ulu öndərin ömür yoluna aid şeir və mahnılar yer alıb.

 

N.Mirməmmədlinin müşayiəti ilə BDU-nun xor kollektivinin və Aslan Əzimzadənin ifasında “Ulu Öndər”, geologiya fakültəsinin tələbəsi Kənan Məmmədlinin təqdimatında “Xalq Heydər deyəcək” musiqi əsərləri, universitetin əməkdaşı Nigar Qəyyumun ifasında Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun “Xilaskar” şeiri səsləndirilb.

 



11.05.2020 | 16:11