Əcnəbi tələbələr onlayn dərslərdə fəal iştirak edir

Koronavirus (COVID-19) pandemiyasının yaratdığı mövcud vəziyyətlə əlaqədar Bakı Dövlət Universiteti (BDU) tədrisin məsafədən təşkilini  davam etdirir.

 

BDU-dan bildirilib ki, ali məktəbin hazırlıq qruplarında təhsil alan əcnəbi tələbələr də məsafədən təhsil prosesində fəal iştirak edirlər. Hazırda “Microsoft Teams” platforması vasitəsilə video-konfrans üsulunun  tətbiqi sayəsində müəllim və tələbələrin virtual məkanda tədris prosesində iştirakı uğurla təmin olunub.

 

Tələbələrə təlim dili ilə paralel olaraq ixtisas fənləri də tədris edilir. Tədris prosesində Azərbaycan dilçiliyi, Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası, ingilis dili, rus dili (humanitar), Azərbaycan tarixi, beynəlxalq münasibətlər, mülki hüquq, beynəlxalq ümumi hüquq, cinayət prosesi və başqa kafedraların müəllimləri iştirak edir.

 

Qeyd olunub ki,  hazırlıq kursunda 6 qrupda ümumi 36 nəfər əcnəbi tələbə təhsil alır. Onlardan 30 nəfəri mütəmadi olaraq onlayn dərslərdə iştirak edir.

 



14.05.2020 | 17:42