Gənc mütəxəssis Belçika Krallığının Gent Universitetinin doktoranturasına qəbul olub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) magistraturasının məzunu, Bitki biotexnologiyası laboratoriyasının kiçik elmi işçisi Elnarə Sadıqova  Belçika Krallığının Gent Universitetinin doktoranturasına qəbul olub.

 

MBBİ –dən bildirilib ki, E.Sadıqovanın  Gent Universitetinin Tətbiqi in vitro Bitki Biotexnologiyası laboratotiyasında “Bitkilərdə kök və meristem hüceyrələrin in vitro regenerasiyası üçün yeni üsullar” mövzusunda tədqiqat işi aparması planlaşdırılıb.

 

Qeyd edək ki, adıçəkilən kiçik elmi işçi  “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən müsabiqədə iştirak edərək təqaüd haqqı qazanıb.

 

 



16.05.2020 | 10:29