“Türk dünyasında elektron ticarət problemləri və perspektivləri”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tədqiqat mərkəzləri tərəfindən “Elm aylığı” çərçivəsində tədbirlər başlayıb.

 

Onlayn platformada təşkil olunan ilk tədbir Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən keçirilib və  “Qlobal iqtisadiyyatın yeni lokomotivi: türk dünyasında elektron ticarət problemləri və perspektivləri” mövzusuna həsr edilib.

 

UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, dosent Oqtay Quliyev elektron ticarətin yeni bazarlara çıxışı, maya dəyərinin azaldılması və effektiv idarəetmə baxımından üstünlükləri barədə təqdimatla çıxış edib.

 

Daha sonra tədbirdə Ankara Yıldırım Beyazit, Van Yüzüncü Yıl, Sakarya universitetlərinin nümayəndələrinin məruzələri təqdim olunub.

 

Məruzəçilər elektron ticarətin əmtəə və xidmətləri, sosial media və sosial ticarət məsələlərinə toxunublar.

 

Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin tədqiqatçısı Şahin Əkbərov e-ticarətin ünsiyyət perspektivinin Azərbaycandakı durumunun təhlili məqsədilə bakalavr və magistr tələbələri tərəfindən icra edilən tədqiqatın nəticələrindən danışıb.

 

Sonda mövzu istiqamətində müzakirələr aparılıb.

 



17.05.2020 | 11:32