“Paleoantropologiya: qədim miqrasiyaları necə tədqiq etmək?”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu Antropologiya Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dmitri Kiriçenko “Paleoantropologiya: qədim miqrasiyaları necə tədqiq etmək?” mövzusunda beynəlxalq tədbirdə iştirak edib. Tədbir Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutu (REA Aİ) tərəfindən onlayn platformada təşkil olunub.

 

İnstitutdan verilən məlumata görə, tədbirə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan və Tacikistanı təmsil edən 40-dək mütəxəssis qatılıb.

 

REA Aİ-nin kontekstual antropologiya laboratoriyasının rəhbəri, tarix elmləri doktoru Mariya Dobrovolskayanın mühazirəsi təqdim olunub və mühazirə  iştirakçılar tərəfindən maraqla dinlənilib.

 

Belə ki, mühazirədə qədim insanların sümük qalıqları əsasında miqrasiya məsələlərindən, bu mövzuda tədqiqatlarda paleoDNT analizlərinin rolundan bəhs olunub. Homosapiens cinsinin miqrasiyaları və dünyanı məskunlaşdırmaları, Epipaleolit (son buzlaşmada Paleolitdən Mezolitə keçid) və Neolit dövrlərində Ön Asiyadan Avropaya miqrasiyalar, Xalkolit, Tunc dövrü Avrasiya miqrasiyaları, iskitlərin köçləri və Xalqların Böyük köçü dövrünün miqrasiyaları nümunələr kimi göstərilib.

 

Bildirilib ki, tarixçi-alim M.Dobrovolskayanın mühazirəsi miqrasiya proseslərinin bərpasında mütəxəssislərə kömək edən kraniologiya, qədim DNT və izotop analizləri sahələrinə həsr olunmuş 3 bölmədən ibarət olub.

 



19.05.2020 | 13:45