Azərbaycan Texniki Universitetində yeni layihə

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurası tərəfindən qəbul edilən “Gələcəyin müəllimi” layihəsinin icrasına start verilib. Universitetdən bildirilib ki, layihə  AzTU-nun akademik sahədə potensialını gücləndirmək məqsədi daşıyır.  Başqa sözlə, layihə universitetin kadr potensialını öz tələbələri hesabına gəncləşdirməyə və müasir innovasiya tələbini qarşılamağa istiqamətlənib.

 

Qeyd edilib ki, layihəyə uyğun olaraq II kurs magistrantların elmi-pedaqoji təcrübələrinin qarşılanması məqsədilə onlar arasından seçilən bir qrup tələbə bakalavrların imtahan prosesinə cəlb olunacaq. Yəni, bakalavrların biliyinin qiymətləndirilməsində fənn müəllimləri ilə yanaşı,  magistrantların da rəyi nəzərə alınacaq.

 

 



21.05.2020 | 12:40