Fizika İnstitutundan sosial vəziyyəti aşağı olan insanlara ərzaq yardımı

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azad Həmkarlar İttifaqının və Fizika İnstitutunun Həmkarlar Komitəsinin dəstəyi ilə sosial vəziyyəti aşağı olan şəxslərə ərzaq yardımı edilib.

     

İnstitutun direktoru, akademik Nazim Məmmədov ilk olaraq əməkdaşları Ramazan Bayramı və 28 May Respublika Günü münasibəti ilə təbrik edib.  O, ərzaq yardımının, əsasən gözətçilər, xadimələr, digər  texniki işçilər, şəhid ailələri və məcburi köçkünlər kateqoriyasından olan insanlar üçün nəzərdə tutulduğunu vurğulayıb.  

     

AMEA Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov  bildirib ki, hazırda dünya COVİD-19  pandemiyasından əziyyət çəkir, virusdan həm özünü,  həm də yaxınlarını qorumaqsa, ilk növbədə  hər bir vətəndaşın öz üzərinə düşür:” Bunun üçün insanlar deyilən qaydalara əməl etməli, maska taxmalı, sosial məsafəni saxlamalı və dezinfeksiya vasitələrindən istifadə etməlidirlər”. H.Qurbanovun sözlərinə görə,  yardım həm Ramazan bayramı, həm də koronovirusun yaratdığı təcrid şəraitində insanlara yardım göstərilməsinin  zəruriliyi çərçivəsində  təşkil olunub.

    

 



21.05.2020 | 17:48