UNEC-də 3 yeni ixtisas üzrə qəbul aparılacaq

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) UNEC Biznes Məktəbinin MBA proqramında magistratura səviyyəsində 3 yeni ixtisas üzrə kadr hazırlığı aparılacaq.

 

UNEC-dən bildirilib ki, 2020/2021-ci tədris ilindən universitetin  MBA proqramına Beynəlxalq logistika və təchizat zəncirinin idarə edilməsi, Kibertəhlükəsizlik, Vergi idarəetməsi və vergi planlaşdırması ixtisaslaşmaları üzrə magistr qəbulu həyata keçiriləcək.

 

Ötən tədris ilində də UNEC-ə 3 yeni ixtisaslaşma - “Biznes analitikası”, “Risklərin idarə edilməsi” və “Sosial media marketinqi” üzrə magistr qəbulu aparılıb və qəbul planı 100 faiz yerinə yetirilib.

 

Beləliklə, UNEC-də 2020/2021-ci tədris ilində MBA proqramında 20 ixtisaslaşma üzrə kadr hazırlığı  aparılacaq: Beynəlxalq biznes; Biznesin idarə edilməsi (ümumi təyinatlı); Biznes və data analitikası; İnsan resurslarının idarə edilməsi; Maliyyə; Marketinq; Menecment; Mühasibat uçotu; Qiymətlı kağızlar; Layihələrin idarə edilməsi; İdmanın idarə edilməsi; Bank və sığortanın idarə edilməsi; Mühəndislik və idarəetmə riskləri; Risklərin idarə olunması; Səhiyyənin idarəedilməsi; Turizm və otelçiliyin idarəedilməsi; Sosial media marketinqi; Beynəlxalq logistika və təchizat zəncirinin idarəedilməsi; Kiber təhlükəsizlik; Vergi idarəetməsi və vergi planlaşdırması.

 

Bildirilib ki, UNEC Biznes Məktəbində tədris 3 dildə və  (azərbaycan, rus, ingilis) Amerika, Avropanın beynəlxalq ixtisaslaşmış universitetlərinin tədris planına uyğun keçirilir.

 



24.05.2020 | 15:00