28 May - Respublika Gününə həsr olunmuş virtual sərgi

14-25 may tarixlərində Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr olunmuş "Azərbaycan vətənimdir" adlı virtual sərgi keçirilib.

 

Mövcud pandemiya ilə əlaqədar virtual təşkil olunan sərgidə respublika üzrə 60 uşaq-gənclər inkişaf mərkəzi tərəfindən təqdim edilmiş 70 əl işi Təhsil Nazirliyinin rəsmi internet saytı və sosial şəbəkələr vasitəsilə sərgilənir. Əl işlərində Azərbaycanın tarixi abidələri, dövlət rəmzləri, milli adət-ənənələri və zəngin mədəni irsi öz əksini tapıb.

 

Sərginin keçirilməsində əsas məqsəd şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixinə bir daha nəzər salaraq ictimaiyyətin diqqətinə çatdırmaq, yetişməkdə olan gənc nəsli dövlətçilik, Azərbaycan xalqının tarixinə, dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə etmək və eyni zamanda məktəblilərin yaradıcılıq qabiliyyətini üzə çıxarmaq, onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

 

 



28.05.2020 | 13:40