Mədəniyyət-Yaradıcılıq Mərkəzinin ədəbi-musiqili kompozisiyası

Bakı Dövlət Universitetinin (BDU ) Mədəniyyət-Yaradıcılıq Mərkəzi 28 May - Respublika Günü münasibətilə ədəbi-musiqili kompozisiya hazırlayıb.

 

BDU-dan bildirilib ki, mərkəzin direktoru, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin rəhbərliyi ilə hazırlanan kompozisiyada mərkəzin solistləri Rəqsanə Əsədova və Aslan Əzimzadənin ifasında “İstiqlaliyyət” mahnısı, universitetin əməkdaşı Nigar Qayyumun ifasında  isə Bəxtiyar Vahabzadənin "Vətən marşı” şeiri səsləndirilb.

 

Ədəbi-musiqili kompozisiya BDU TV-nin texniki dəstəyi ilə ərsəyə gəlib.

 



28.05.2020 | 19:00