Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş fləşmob

Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Dünya sənindir" adlı fləşmob təşkil olunub.

 

Fləşmobun təşkilində əsas məqsəd uşaqları təbrik etmək, ölkəmizdə COVID-19 pandemiyası ilə bağlı tətbiq edilən karantin rejimindən dolayı təhsildə yaranan fasilə dövründə uşaq və gənclərdə ruh yüksəkliyini artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

 

Fləşmobda Mərkəzin pedaqoji heyəti və “Uşaq xalq rəqsləri” dərnəyinin üzvləri iştirak ediblər. Mövcud profilaktik vəziyyət nəzərə alınaraq sosial məsafə saxlanılmaqla hazırlanan fləşmob sosial şəbəkələrdə yayımlanmaqdadır.

 

 



01.06.2020 | 15:35