Məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqlar üçün müsahibələr

İyunun 1-də tədrisi digər dildə aparılan və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların müsahibələri (onlayn və ənənəvi qaydada) üzrə qeydiyyata start verilib.

 

İyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə mobil nömrəyə sms bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetində bildiriş formasında öz əksini tapacaq.

 

Qeyd edək ki, I sinfə qeydiyyat www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.

 

 



01.06.2020 | 17:06