MDU-da “Açıq qapı” günləri

2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq, Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək.

 

Universitetdən bildirilib ki, imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri cari ilin 16 iyul tarixinədək hər həftənin cümə axşamı, saat 15:00-da “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunacaq.

 

Virtual görüşlərdə MDU tələbələri və onların valideynləri də iştirak edə biləcəklər.

 

Bildirilib ki, ilk “Açıq qapı” günü 2020-ci ilin 4 iyun tarixində keçiriləcək.

 

Görüşlərə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

 



02.06.2020 | 11:17